- Baxış sayı: 37
- 18 Mart 2026 16:33
- Baxış sayı: 304
- Mart 16, 2026
- 0

Avropa badminton konfederasiyası (Badminton Europe) təhlükəsizlik mülahizələrini əsas gətirərək Rusiya və Belarusun neytral idmançılarını aprelin 6-dan 12-nə qədər İspaniyanın Uelva şəhərində keçiriləcək Avropa çempionatına dəvət etməkdən imtina edib.
Allsport.az xəbər verir ki, konfederasiya rəhbərliyi neytral statuslu idmançıların təhlükəsizliyini təmin etməyin qeyri-mümkün olduğunu bildirib. Rusiya badminton federasiyasının mətbuat katibi Aleksandr Baqdatyev qərarın rəsmi və qəti olduğunu, püşkatmanın artıq rusiyalı idmançılar olmadan keçirildiyini təsdiqləyib.
Maraqlıdır ki, ümumdünya badminton federasiyası (BWF) daha əvvəl bu idmançıların neytral statusda beynəlxalq turnirlərdə iştirakına icazə versə də, qitə miqyaslı yarışın təşkilatçısı olan Avropa konfederasiyası bu hüquqdan istifadə etməmək qərarına gəlib.