- Baxış sayı: 54
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Bu il FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsi 3 ölkədə – Andorra, Fransa və Niderlandda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilər və qadınlardan ibarət milli komandalarımız 1-2 iyulda seçmə mərhələdə iştirak edəcəklər.
Kişilərdən ibarət yığmamız Niderland paytaxtı Amsterdamda ev sahibi, Serbiya, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Slovakiya və Uels komandaları ilə qitə birinciliyinin final mərhələsinə 4 vəsiqə uğrunda, qadın komandamız isə Fransanın Puatye şəhərində İtaliya, İspaniya, Fransa, Türkiyə, Slovakiya, Rusiya və Latviya milliləri ilə 3 vəsiqə uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatının final mərhələsi bu il 2-4 sentyabrda keçiriləcək. Final yarışlarının keçirilmə yeri barədə əlavə məlumat veriləcək.