- Baxış sayı: 110
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

23 iyul Almaniyanın Münhen şəhərində qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket 2027) ilkin seçmə mərhələsinin püşkatma mərasimi baş tutub.
Allsport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən milli “E” qrupunda Monteneqro, Ukrayna və Bolqarıstan yığmalarına rəqib olub.
Qruplarda ilk iki yeri tumuş komandalarla yanaşı, ən yaxşı 3-cü pillənin sahibi olan 3 komanda da əsas seçmə mərəhələyə vəsiqəni təmin edəcək. Qadın milli birinci seçmə mərhələdəki ilk qrup oyununu 12 noyabr Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.
Avropa çempionatının final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada baş tutacaq.