- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Portuqaliya milli komandasının sabiq qapıçısı Rui Patrisiu 37 yaşında karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, Patrisiu yığmanın heyətində üç dünya çempionatında və dörd Avropa çempionatında iştirak edib.
O, 2016-cı ildə Avropa çempionatını, 2019-cu ildə isə millətlər liqasının qalibi olub.
Rui Patrisiu “Sportinq” klubunun yetirməsidir və karyerasının böyük hissəsini burada keçirib. Klub səviyyəsində o, həmçinin “Vulverhəmpton”, “Roma”, “Atalanta” və “Əl-Ayn” kimi komandaların şərəfini qoruyub.