- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” hotelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Allsport.az Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyevin xəstəxanaya yerləşdirilib.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, bıçaqlananlar peşəkar idmançılar olub.