- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Svetlana Makştaryova batut idman növündə çıxış edən azərbaycanlı gimnastlardan biridir. Allsport.az xəbər verir ki, digər gimnast Səbinə Zaytseva ilə birlikdə ölkəmizi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil edəcək. Batutçular arasında fərdi və sinxron yarışlarda 4 dəst medal oynanılacaq.
– Gimnastikaya gəlişiniz barədə danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
– Gimnastika ilə təsadüfən məşğul olmağa başlamışam. Belə ki, birinci sinifdə oxuyarkən, dərslərin birində gələcək məşqçim Vladimir Şulikin və Lidiya Bolotnikova gələrək, məni də digər uşaqlarla birlikdə bu idman növü ilə məşğul olmağa dəvət etdilər.
– Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
– Bəlkə də, alınardı. Mən hər zaman bacımın məşqlərini izləyirdim və gizlicə nələri isə təkrar etməyə çalışırdım.
– Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
– Yarış günü mən çox həyəcanlı oluram. Amma mənim üçün ən əsası məşqçimin yanımda olmasıdır. Mənim üçün onun dəstəyi çox vacibdir.
– Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?
– Əzmkarlıq, xarakter və özünə inam.
– Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu ,idman növündən asılıdır?
– Hər şey idman növündən aslıdır. Batut – düşüşlərin olduğu çətin koordinasiyalı idman növüdür.
– İdmanda kumiriniz varmı?
– Xeyr, kumirim yoxdur.
– Yaxın gələcək üçün idman planlarınızdan danışardınız…
– İndi yalnız iyunda Bakıda keçiriləcək Avropa Oyunları haqda düşünürəm. Yarışa hazırlaşırıq. Oyunlardan sonra Dünya çempionatı olacaq. Məhz orada Rioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı olacaq.
– Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsınız?
– Avropa Oyunları mənim üçün çox ciddi yarışdır. Oyunlar haqqında hər gün düşünürəm, çünki yarışlar mənim Vətənimdə keçiriləcək. Çalışacağam ki, heç kimi məyus etməyim.