- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

Azərbaycanın minifutbol yığması Avropa reytinqində ikinci pillədə qərarlaşıb.
Allsport.az xəbər verir ki, millimiz Avropa minifutbol federasiyasının açıqladığı reytinq cədvəlində 1425 xalla ikincidir.
Komanda yalnız Rumıniyadan (1540) geri qalıb. Son Avropa çempionu Serbiya (1305) üçüncü, Qazaxıstan (1040) isə dördüncü sırada yer alıb.
İlk onluqda həmçinin Bolqarıstan (855), Fransa (815), Slovakiya (745), Montoneqro (685), Macarıstan (665) və Çexiya (655) kollektivləri də var.