- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin Avropa çempionatında güləşçilərimiz tarixi uğura yetişdi. Allsport.az saytı xəbər verir ki, millilərimiz 4 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, ümumilikdə 12 medal qazandı. Özəlliklə, yunan-Roma güləşçilərimiz rekord nəticəylə diqqət mərkəzinə düşdü. Qitə birinciliyində iştirak edən 9 yığma üzvündən 7-si fəxri kürsüyə qalxdı. Yığmamız 153 xalla ilk dəfə Avropa çempionu oldu.
Təbii ki, bu nəticələr Azərbaycan güləş federasiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu gün federasiyanın prezident əvəzi Namiq Əliyev qitə birinciliyində medal qazanan idmançılara pul mükafatlarını təqdim edib. Qurumun rəhbəri güləşçilərimizin məsul yarışda çıxışı haqqında bunları deyib:
“Bu nəticələr göstərir ki, Azərbaycanda güləş həqiqətən də inkişafdadır. Demək olar ki, ölkənin bütün bölgələrindən medalçılarımız var. Güləşçilərimizi və məşqçilərimizi təbrik edirik. Qarşıdan yeniyetmələrin dünya çempionatı gəlir. İnanıram ki, həmin yarışda da güləşçilərimiz nailiyyətlər qazanar. İnşallah, bu uğurlu başlanğıcın davamı Tokio-2020-də də gələr. Bir neçə gündən sonra gənclərin Avropa çempionatı start götürəcək. Orada çıxış edəcək güləşçilərdən də uğurlu nəticələr gözləyirik.
Növbəti olimpiadaya 3 il qalıb. Həmin vaxt 19-20 yaşınız olacaq. Toğrul Əsgərov məhz bu yaşda olimpiya çempionu olub. Ümid edirəm ki, sizin aranızda da Fransada keçiriləcək növbəti olimpiya oyunlarında ölkəmizi təmsil edənlər olacaq. Siz Azərbaycan güləşinin gələcəyisiniz. Pandemiya ilə əlaqədar bizim üçün ağır il oldu. Belə şəraitdə qazandığınız uğurların dəyəri daha böyükdür”.