Ayaq barmağını sındırıb

“Real Madrid”in hücumçusu Kilyan Mbappe İspaniya çempionatının 15-ci turunda “Selta” ilə matçda (0:2) sol ayağının barmağını sındırıb.

Allsport.a xəbər verir ki, fransalı futbolçu zədəni birinci hissənin sonunda, müdafiəçi Oskar Minqesa ilə toqquşma nəticəsində alıb. Həkimlər barmağını sarıdıqdan sonra Mbappe oyunu davam etdirib.

26 yaşlı oyunçu çempionlar liqasının 6-cı turunda “Mançester Siti” ilə matçda iştirak edəcək.

Həmin kateqoriyadan