- Baxış sayı: 73
- 20 Mart 2026 11:59
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “A” turnirində Aydın Süleymanlı 6 xalla liderliyə yüksəlib.
Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə 2-cidir. Vüqar Əsədli 5 xal, Vasif Durarbəyli 4,5 xal, Abdulla Qədimbəyli 4 xal toplayıblar.
“B” turnirində mübarizə aparan Məhəmməd Muradlı 5,5 xalla 8-cidir.
Turnirin başa çatmağına 1 tur qalıb.