- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Moskvada ənənəvi şahmat üzrə “Aeroflot Open-2020″yə yekun vurulub. Allsport.az xəbər verir ki, yarışın son – 9-cu turunda “A” qrupunda 1-ci yer uğrunda 2 azərbaycanlı – Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşıblar.
Görüş heç-heçə bitib. Hər 2 idmançımızın 6,5 xalı olduğu üçün, turnirin qalibi əmsala görə müəyyən edilib və bu, 14 yaşlı Aydın olub. Rauf 3-cü yerlə kifayətlənib.
Süleymanlı turnirdə keçirdiyi matçda uduzmayıb, üstəlik, öz həmyaşıları arasında dünya birinciliyinin qalibi mötəbər Dortmund yarışına vəsiqə qazanıb.