Ayın ən yaxşısı adına namizədlər

Fransa çempionatında ayın ən yaxşı futbolçusu adı uğrunda mübarizə aparacaq üç namizədin adı bəlli olub.

Allsport.az xəbər verir ki, fəxri mükafat üçün Endrik (“Lion”), Meyson Qrinvud (“Marsel”) və Pavel Şults (“Lion”) yarışacaqlar.

Xüsusilə diqqət çəkən məqam 19 yaşlı braziliyalı ulduz Endrikin siyahıda yer almasıdır. O, qış transfer pəncərəsində “Real Madrid”dən “Lion”a mövsümün sonuna qədər icarəyə verilib və yanvarın 11-də Fransa klubunda debüt edib.

Həmin kateqoriyadan