Ayın məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə premyer liqasında noyabrın ən yaxşı məşqçisi adına layiq görülüb.

Allsport.az xəbər verir ki, “zadəganlar” ötən ay dörd oyun keçirib.

Komanda Mareskanın rəhbərliyi altında “Tottenhem”i 1:0, “Vulverhəmpton”i 3:0 və “Börnli”ni 2:0 hesabı ilə udub. Həmçinin “Arsenal”la heç-heçə (1:1) edib.

“Çelsi” hazırda 15 matçdan sonra 25 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan