Ayxan Abbasov: “Neftçi” ilə oyundan sonra getmək istəyirdim, azarkeşlərin təhqirinə dözə bilmirdim

“Zirə” Topaz premyer liqasının 28-ci turunda səfərdə “Sumqayıt” klubun 2:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Sumqayıt”ı təbrik edirəm. Çempionatımıza rəng qatmışdılar, həvəsdən düşməsinlər. Çətin oyun oldu. Bərabərlik də bizi qane edirdi. Avropa liqasına gedə də bilərik, getməyə də. Samirin əziyyəti, uğurları da göz önündədir. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər.

Özüm “Neftçi” ilə oyundan sonra getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Lakin rəhbərliklə görüşdən sonra onların bizə inandığını gördüm. Buna görə də getmək fikrimdən daşındım”.

Həmin kateqoriyadan