- Baxış sayı: 35
- 20 Mart 2026 13:31
- Baxış sayı: 118
- Mart 19, 2026
- 0

Rusiya premyer liqasında 18-ci tura start verilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Azər Əliyevlə Turqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” səfərdə “Krılya Sovetov”a 1:0 hesabı ilə qalib gəlib.
Başqırdıstan təmsilçisinin minmal hesabla (1:0) qalib gəldiyi görüşdə yeganə qolun ötürməsini məhz Azər verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib.
Əsas heyət üzünə həsrət qalan Möhbalıyevin adı isə yenə də iştirak ərizəsinə salınmayıb.
“Ufa” 18 turdan sonra aktivindəki 22 xalla 6-cı pillədə qərarlaşıb.