Azər Əliyev: 100-ə yaxın qol güləşçimiz medal qazandı

Ölkəmizdə ilk dəfə keçirilən qol güləşi üzrə dünya çempionatı oktyabrın 31-də sona yetdi. Bakının “Coli Coker” tədbirlər zalında 4-günlük mücadilədə 29 ölkədən 400-ə yaxın idmançı iştirak etdi. Allsport.az saytına açıqlamasında, Azərbaycan qol güləşi federasiyasının prezidenti Azər Əliyev yarışın bizim üçün uğurlu keçdiyini dedi:

“100-ə yaxın təmsilçimiz medal qazandı. Evdə belə sınaqlar idmançıların inkişafına müsbət təsir edir. Qonaqlar da razı qaldılar. Gənclər və idman nazirliyinin dəstəyi ilə dünya çempionatında təşkilatçılıq yüksək səviyyədə oldu. Hamı hər şeydən razı qaldı”. 

Həmin kateqoriyadan