- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq ölkə çempionatını gözəl təşkil edib”. Allsport.az xəbər verir ki, bunu Avropa Gimnastika İttifaqının qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti xanım İvett Brazye deyib.
O, qeyd edib: “Çempionat xoşuma gəlir, çünki gimnastikanın birdən çox növü üzrə yarışları birlikdə keçirmək üçün böyük və yaxşı imkandır. Avropada adətən belə çempionatlar olmur, çünki bütün növlər üzrə yarışları eyni vaxtda təşkil etmək çətindir. Bu, təşkilatçılar üçün böyük çağırışdır. Lakin əminəm ki, məqsədə çatılıb”.
Brazye əmin olduğunu deyib ki, iyunda I Avropa Oyunları da gözəl keçiriləcək: “Biz – Azərbaycan, Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsi (BEGOC), federasiya, texniki heyətlər – birlikdə işləməliyik. Əminəm ki, birlikdə olsaq hər şeyi etmək mümkün olacaq. Bakıda heyrətamiz gimnastika arenası tikilib. Bu arena gözəldir, əsl arzudur. Biz heç vaxt gimnastika üçün belə arena görməmişik. Çünki adətən arena böyük olanda, yalnız gimnastika üçün nəzərdə tutulmur”.
Onun sözlərinə görə, azərbaycanlı gimnastların Avropa Oyunlarında yaxşı nəticələr göstərmək üçün yaxşı şansları var: “Azərbaycan bədii gimnastikada medal gözləyə bilər. Sizin komanda Avropada ən yaxşılardan biridir. İdman gimnastikasına gəlincə, azərbaycanlı gimnastların medal qazanması çətin olacaq, çünki bu idman növü ölkədə yenicə inkişaf edir, Avropa Oyunlarına isə Avropanın güclü komandaları gələcəklər. Lakin çətin də olsa, Azərbaycan yığması yaxşı nəticələr göstərə bilər”.