- Baxış sayı: 59
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan badminton tarixində ilk dəfə olaraq həvəskar idmançılarımız beynəlxalq səfərə yollanırlar. Allsport.az saytı xəbər verir ki, bu, bizim üçün çox qürurverici bir hadisədir. “Volan” badminton klubunun illərdir apardığı düzgün işin, sağlam badminton mühitinin və insanlara aşıladığımız sevginin nəticəsidir ki, artıq 20 nəfərlik heyətlə Azərbaycanı Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə təmsil edəcəyik.
22–23 noyabrda 5 kateqoriya üzrə – şəxsi, qoşa və qarışıq (miks) yarışlarda badmintonçularımız mübarizə aparacaqlar. Bu səfər yalnız yarış deyil, həm də ölkəmizin badminton mədəniyyətini dünyaya göstərmək, yeni əlaqələr qurmaq və həvəskar idmançıların inkişafına beynəlxalq impuls vermək üçün önəmli addımdır.
“Volan” klub olaraq badmintonu sadəcə idman növü kimi yox, həyat tərzi kimi təqdim etməyi qarşıya məqsəd qoyub.