Azərbaycan basketbolunda ilk

U-12 basketbol liqasında “Ordu” klubunun baş məşqçisi, eyni zamanda Bakı basketbol akademiyasında (BBA) məşqçilik fəaliyyəti göstərən Ləman İbrahimova, Macarıstan idman elmləri universitetində təşkil olunan beynəlxalq məşqçilik kursuna (İCC) qəbul olunub.

Allsport.az xəbər verir ki, o, adıçəkilən universitetdə baş tutacaq beynəlxalq məşqçilik kursuna qəbul olunan ilk azərbaycanlı məşqçidir.

Bu uğur, ölkə basketbolunda yetişən gənc yerli məşqçilərin inkişafına təsir edən başlıca məqamlardan biridir.

Proqram beynəlxalq olimpiya komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

Həmin kateqoriyadan