- Baxış sayı: 32
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 317
- Aprel 22, 2025
- 0
Polşada keçirilən 3-cü Avropa oyunlarında boks üzrə yarışlar başa çatıb.
Allsport.az xəbər verir ki, 42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Avropa oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub.
Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.
Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
1 Fransa 201
2 İtaliya 102
3 Bolqarıstan 101
3 Böyük Britaniya 101
5 Danimarka 100
5 Ukrayna 100
7 Azərbaycan 011
7 İspaniya 011
7 İrlandiya 011
7 Türkiyə 011
11 Xorvatiya 010
11 Gürcüstan 010
11 Serbiya 010
14 Belçika 001
14 Almaniya 001
14 Macarıstan 001
14 Polşa 001
14 İsveç 001