- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Futzal üzrə son Azərbaycan çempionu “Xəzər adaları” UEFA Kubokunda ölkəmizi təmsil etmək hüququ qazansa da, bundan imtina edib. Allsport.az xəbər verir ki, bu barədə azerisport.az saytına açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib:
“Ötən gün “Xəzər adaları”nın rəhbərliyi rəsmən bəyn etdi ki, UEFA Kubokunda iştirakdan imtina edirlər. Bunun maliyyə problemi və ya başqa hansısa amillə bağlı olduğunu bilmirəm. UEFA-nın əsasnaməsinə görə, belə olan halda UEFA Kubokunda iştirak hüququ avtomatik olaraq çempionatda ikinci yeri tutan komandaya verilir. Hazırda bu vəsiqəyə “Fənər” iddialıdır, çünki ikinci olub. Bu gün klub rəhbərliyi ilə əlaqə saxlayıb, bu məsələni müzakirə edəcəyəm. Məsələ burasındadır ki, UEFA Kubokunda iştirak etmək istəyən klub bütün tələblərə cavab verməlidir. Əgər “Fənər” bu və ya başqa səbəblərdən UEFA Kubokunda iştirak edə bilməsə və ya istəməsə, o zaman üçüncü olmuş komanda bu hüquqa yiyələnəcək”.