- Baxış sayı: 89
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Avropa çempionatının əsas mərhələsinin Danimarka – Qazaxıstan oyununun üçüncü hakimi olacaq. VI qrupun üçüncü tur matçında slovakiyalı Rastislav Behancin birinci, Martin Matula isə ikinci hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşma fevralın 1-də Sonderborqda keçiriləcək.