- Baxış sayı: 47
- 20 Aprel 2026 08:00
- Baxış sayı: 129
- May 04, 2026
- 0

Çempionlar liqasında iştirak edəcək “Araz-Naxçıvan” yeni transferini gerçəkləşdirib.
Allsport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətinə Aleksanderson Teyşeyra Barbosanı qatıb.
“Qırmızı-ağlar” braziliyalı “stolb”la 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.
“Araz-Naxçıvan” çempionlar liqasının ilkin mərhələsində “F” qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.