- Baxış sayı: 59
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 231
- Sentyabr 13, 2026
- 0

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.