- Baxış sayı: 107
- 26 İyul 2026 19:18
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, onlar AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər. Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.