- Baxış sayı: 78
- 18 Aprel 2025 16:16
- Baxış sayı: 123
- İyun 15, 2025
- 0
2024/2025-ci il mövsümündə Azərbaycan tələbə liqasının final qarşılaşması keçirilib.
Allsport.az xəbər verir ki, həlledici oyunda Azərbaycan idman akademiyasının (ASA) futzal komandası Azərbaycan texniki universitetinin (AzTU) komandası ilə üz-üzə gəlib. Qarşılaşma ASA komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə ASA ardıcıl ikinci dəfə Azərbaycan tələbə liqasının qalibi olub. Liqanın fəaliyyətə başladığı gündən etibarən akademiyanın futzal komandası qələbə qazanaraq, bütün oyunlarda xal itirmədən çempion adını qoruyub.
ASA həm 2023/2024, həm də 2024/2025-ci illərdə keçirilən mövsümlərdə maksimum nəticə göstərərək çempion olub.