- Baxış sayı: 102
- 24 Mart 2026 23:23
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən “Böyük dəbilqə”də final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 90 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada Kosuke Maşiyama (Yaponiya) ilə üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına uduzan Mehdiyev gümüş medalla kifayətlənib.
İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.