- Baxış sayı: 143
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
“Sumqayıt” daha bir transfer həyata keçirib. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” son mövsüm birinci divizionun qalibi adını qazanan “Neftçala”nın qapıçısı Əli Həsənlini heyətə qatıblar.
20 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, “Sumqayıt” daha öncə Fərhad Vəliyev, Kamran Abdullazadə və Ruslan Tağızadəni transfer etmişdilər.