Azərbaycan güləşində ilk: Çempionlardan eyni gündə het-trik

Rumıniya paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı 2 sərbəst güləşçimiz üçün əlamətdar oldu. Allsport.az saytı xəbər verir ki, finalda rəqiblərinə qalib gələn 3-qat dünya çempionu Hacı Əliyev (65 kq) və millinin kapitanı Cəbrayıl Həsənov (79 kq) 3-cü dəfə baş mükafata yiyələndilər. Bu, Azərbaycan güləşi tarixində eyni gündə baş verən ilk belə hadisədir, het-trikdir.

Adı ilk çəkilən bahadır Finlandiyanın Vantaa (2014) və Dağıstanın Kaspiysk şəhərlərində (2018) təşkil edilən eyni yarışda 1-ci yer tutub. Onun medal boxçasında 1 qitə “bürünc”ü də var (2016, Riqa).

Cəbrayıl Həsənov isə, Bakıda (2010) və Almaniyanın Dortmund şəhərində (2011) keçirilmiş Avropa çempionatlarında zirvəyə yetişib. Kapitan kolleksiyasında 3 gümüş (2009, 2014, 2016) və 1 bürünc medala (2018) malikdir.

Həmin kateqoriyadan