Azərbaycan həndbol federasiyasının prezidenti beynəlxalq mükafata layiq görülüb

Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun beynəlxalq normalara uyğun yenidən qurulması və inşasında xidmətlərinə görə, Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Beynəlxalq mühəndislik akademiyası prezidentlər şurasının qərarı ilə “Mühəndislik rəşadəti” qızıl medalı ilə təltif edilib.

Allsport.az saytı xəbər verir ki, mükafatı ona Azərbaycan mühəndislik akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov təqdim edib. Adı çəkilən dövlət rəsmisi eyni zamanda Azərbaycan həndbol federasiyasının prezidentidir. Bu idman növü onun dövründə çox inkişaf edib. Hazırda ölkə çempionatının superliqasında kişilərdə 9, qadınlarda 7 klub mübarizə aparır.

Həmin kateqoriyadan

azenrutr