- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 217
- Mart 26, 2026
- 0
Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları avrokuboklara növbəti təyinat alıblar. Allsport.az saytı xəbər verir ki, referilərimiz EHF kubokunun 3-cü təsnifat mərhələsində Lüksemburqda yerli “Düdelanj”la Danimarkanın “Holstebro” komandaları arasında matçda ədaləti qoruyacaqlar.
Razılaşmaya görə, hər 2 oyun “cırdan ölkə”də keçiriləcək. Görüşlər noyabrın 15 və 16-da baş tutacaq. Bu qarşılaşmalarda Avropa Həndbol Federasiyasının nümayəndəsi çex Petr Novak olacaq. Nəzərinizə çatdıraq ki, bizdən EHF təmsilçisi olan İsgəndər Əsgərov da tez-tez qitə təşkilatının etimadını qazanır.