Azərbaycan klubları üçün qara həftə – “Telekom” da uduzdu

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Telekom” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, “rabitəçilər” 4-cü turda paytaxtda Almaniyanın “Dresdner” komandası görüşüb.

Adı çəkilən matçda gərginliyi ilə yadda qalıb. “E” qrupunda autsayder olan ev sahibələri rəqibə müqavimət göstərsədə, sonda məğlub olub – 2:3 (21:25, 25:20, 21:25, 25:17, 7:15). İstanbul “Fənərbağça”sı 11 xalla liderdir.  “Dresdner”in 7, “İmpel”in (Polşa) 4 və “Telekom”un 2 xalı var.

Xatırladaq ki, Avropa Çempionlar Liqasında mübarizə aparan digər 2 klubumuz – “Lokomotiv” və “Azərreyl” də dünən meydançanı başı aşağı tərk ediblər.

Həmin kateqoriyadan