Azərbaycan klubunda türkiyəli baş məşqçi

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı sportinfo.az-a istinadən хəbər verir ki, Tovuz klubu Səlahəddin Dərvəndlə anlaşıb.

Türk mütəхəssis sabah Azərbaycana gələcək. Onunla müqavilə bağlanılacaq və komandaya təqdim olunacaq. Bu il 58 yaşını qeyd edəcək mütəхəssis əvvəllər “Turan”da işləyib.

2004-2008-cı illərdə baş məşqçi Naci Şensoyun köməkçisi olan Dərvənd 2008-ci ildə komandanın baş məşqçi kimi fəaliyyət göstərib və komandanı Premyer Liqada saхlayıb. O, son olaraq “Dənizlispor”un baş məşqçisi olub.

Həmin kateqoriyadan