- Baxış sayı: 42
- 22 Mart 2026 15:42
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0
Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun baş məşqçisi Mehmet Özdilək “Neftçi”yə qarşı keçirdikləri yoxlama matçından sonra oyunla bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Adından da bəlli olduğu kimi, bu, hazırlıq matçıdır. Gələn həftə bizdə Super Liqanın oyunları başlayır. Hazırlıq oyunları gələcək üçün çox önəmlidir. Bu gün hər iki komanda üçün yaxşı bir məşq oldu. Hər iki tərəfin qol vəziyyətləri oldu. Matçda həm sürət, həm də mübarizə vardı. Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir. Bu komandada da fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var”.