Azərbaycan kubokunun püşkü atıldı

Bu gün “Alov Qüllələri” kompleksinin “Fairmont” mehmanxanasının “Nizami Gəncəvi” zalında ölkə kubokunun yeni mövsümünün püşkü atıldı.

Allsport.az saytı xəbər verir ki, bu yarışda 34 klub çıxış edəcək. Onlardan 25-i bölgələri təmsil edirlər.

1-ci mərhələ 12-13 oktyabrda, 2-ci mərhələ 29-30 oktyabrda olacaq. 1/8 finalda premyer liqa komandaları da rəqabətə qoşulacaqlar.

1/4 finald ev-səfər qaydası ilə keçiriləcək və bu mübarizədə ötən ölkə çempionatında ilk 5-likdə tutanlar yer alacaqlar. Oyunlar gələn il 5-6 və 27-28 fevralda olacaq.

1/2 final 2 və 23 apreldə baş tutacaq. Final 1 iyunda nəzərdə tutulub.

Həmin kateqoriyadan