Basketbol millimizdən Novruz-2015 turnirində bir məğlubiyyət, bir qələbə

Qırğızıstanın paytaxtı Bişkekdəki Kojomkula adına idman sarayında basketbol üzrə ənənəvi “Novruz-2015” beynəlxalq turniri davam edir. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan yığması, “Universitet” (Özbəkistan), “Kapşaqay”, “Kaspi” (hər ikisi Qazaxıstan) və yerli “Tullar SKİF” komandaları mübarizə aparır.

Turnirin dördqat qalibi olan Azərbaycan millisi ilk görüşünü “Kapşaqay” komandasına qarşı keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 80:69 hesabı ilə Qazaxıstan təmsilçisinin xeyrinə başa çatıb.

Millimiz ikinci tur çərçivəsində “Universitet” kollektivi ilə üz-üzə gəlib. Bu oyunda isə basketbolçularımız 82:50 hesabı ilə üstün olublar.

Yarışa martın 21-də yekun vurulacaq.

Həmin kateqoriyadan