- Baxış sayı: 371
- 20 Noyabr 2025 22:13
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan qılıncoynatmasının rəmzi, canlı əfsanəsi, bu idman növünün ölkəmizdə inkişafında müstəsna xidmətləri olan Yaşar Əzizağa oğlu Məmmədovun 90 yaşını qeyd edir. Allsport.az saytı xəbər verir ki, o, 2 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan dövlət universitetini və Bakı ali partiya məktəbinin iqtisad fakültəsini bitirib. 1951-ci ildən boksla, 1953-cü ildən qılıncoynatma ilə məşğul olub. 1960-cı ildə Azərbaycanın ilk SSRİ idman ustası olub. 16 dəfə ölkə çempionu, Amerikada dünya veteranları oyunlarının bürünc medalçısı olub.
SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisidir, yüksək kateqoriyalı məşqçi, XX əsrin ən yaxşı məşqçisi adına layiq görülüb. Azərbaycanın əməkdar idman xadimidir. 1973-cü ildən 2008-ci ilə qədər 36 il Azərbaycanın baş məşqçisi olub. Onun rəhbərliyi ilə 2 olimpiya, 4 dünya, dəfələrlə Avropa və SSRİ çempionları hazırlanıb. 6 olimpiya oyununun iştirakçısıdır. 18 il Azərbaycan qılıncoynatma federasiyasının prezidenti olub, 2008-ci ildən 1-ci vitse prezident vəzifəsini daşıyıb.
Onun rəhbərliyi ilə ilk dəfə qadınlar arasında sablya növündə keçirilən dünya çempionatında Yelena Jemayeva qıızl medal qazanıb. Bu idmançı yubilyarın oğlu – İlqar Məmmədovun həyat yoldaşıdır. O, rapira növü üzrə 2-qat olimpiya çempionudur. 2021-ci ildən Rusiya qılıncoynatma federasiyasının prezidentidir.
Yaşar Əzizağa oğlu “Şöhrət” ordenli, prezident təqaüdçüsüdür. 2014-ci ildə adı Beynəlxalq qılıncoynatma federasiyasının “Şöhrət zalı”na daxil edilib. Azərbaycan respublikası “Bədən tərbiyəsi və idman veteranları ittifaqı” ictimai birliyinin sədridir.
O, “Babək” filmində də rol alıb, xürrəmilərdən Əbu İmranı canlandırıb.
Ölkənin ən qocaman mütəxəssisi təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq!