- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.
Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “İnter”lə “Qəbələ” təmsil edirdi. Paytaxt klubu ötən gecə doğma meydanda İspaniya “Atletik”i ilə qarşılaşdı və qolsuz bərabərliyə razılaşdı. İlk oyunda 2 cavabsız qolla uduzduğuna görə, təmsilçimiz Avroliqada mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Amma cavab görüşündəki heç-heçə ilə bakılılar Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.125 balla zənginləşdirdilər. “Qəbələ” isə səfərdə 1:1 hesablı bərabərliyə razılaşdığı Kipr “Apollon”una doğma meydanda qalib gəlməklə həm pley-offa vəsiqə əldə etdi, həm də ölkəmizin xal ehtiyatına 0.250 xal yazdırdı.
Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.875 reytinq xalı var ki, onun da 2.375 xalı cari mövsümdə qazanılıb (“Qəbələ” – 0.875, “İnter” – 0.750, “Qarabağ” – 0.500, “Neftçi” – 0.250).
Ötən gecə qazandığımız 0.375 xal Azərbaycanın reytinq cədvəlində Serbiyaya çatmasına şərait yaradıb. Belə ki, hər iki ölkənin hesabında 12.875 reytinq xalı var. Sadəcə, serblər cari mövsümdə daha çox – 2.500 xal topladığı üçün Azərbaycandan öndə qərarlaşıblar.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
# | Ölkə | 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | r.xalı | klub |
1 | İspaniya | 20.857 | 17.714 | 23.000 | 20.214 | 2.500 | 84.285 | 7/ 7 |
2 | Almaniya | 15.250 | 17.928 | 14.714 | 15.857 | 2.000 | 65.749 | 7/ 7 |
3 | İngiltərə | 15.250 | 16.428 | 16.785 | 13.571 | 2.187 | 64.221 | 7/ 8 |
4 | İtaliya | 11.357 | 14.416 | 14.166 | 19.000 | 1.500 | 60.439 | 5/ 6 |
5 | Portuqaliya | 11.833 | 11.750 | 9.916 | 9.083 | 1.583 | 44.165 | 6/ 6 |
6 | Fransa | 10.500 | 11.750 | 8.500 | 10.916 | 2.166 | 43.832 | 6/ 6 |
7 | Rusiya | 9.750 | 9.750 | 10.416 | 9.666 | 1.700 | 41.282 | 5/ 5 |
8 | Ukrayna | 7.750 | 9.500 | 7.833 | 10.000 | 1.700 | 36.783 | 4/ 5 |
9 | Belçika | 10.100 | 6.500 | 6.400 | 9.600 | 1.800 | 34.400 | 4/ 5 |
10 | Hollandiya | 13.600 | 4.214 | 5.916 | 6.083 | 1.166 | 30.979 | 4/ 6 |
11 | İsveçrə | 6.000 | 8.375 | 7.200 | 6.900 | 1.000 | 29.475 | 4/ 5 |
12 | Türkiyə | 5.100 | 10.200 | 6.700 | 6.000 | 1.400 | 29.400 | 3/ 5 |
13 | Çexiya | 5.250 | 8.500 | 8.000 | 3.875 | 1.100 | 26.725 | 4/ 5 |
14 | Yunanıstan | 7.600 | 4.400 | 6.100 | 6.200 | 1.900 | 26.200 | 5/ 5 |
15 | Rumıniya | 4.333 | 6.800 | 6.875 | 5.125 | 1.750 | 24.883 | 2/ 4 |
16 | Avstriya | 7.125 | 2.250 | 7.800 | 4.125 | 1.200 | 22.500 | 3/ 5 |
17 | Xorvatiya | 3.750 | 4.375 | 4.375 | 6.875 | 2.500 | 21.875 | 2/ 4 |
18 | Kipr | 9.125 | 4.000 | 2.750 | 3.300 | 2.375 | 21.550 | 1/ 4 |
19 | Polşa | 6.625 | 2.500 | 3.125 | 4.750 | 2.750 | 19.750 | 2/ 4 |
20 | İsveç | 2.900 | 5.125 | 3.200 | 3.900 | 3.000 | 18.125 | 1/ 4 |
21 | İsrail | 6.000 | 3.250 | 5.750 | 1.375 | 1.000 | 17.375 | 1/ 4 |
22 | Belarus | 3.125 | 4.500 | 1.750 | 5.500 | 2.125 | 17.000 | 2/ 4 |
23 | Danimarka | 3.100 | 3.300 | 3.800 | 2.900 | 3.250 | 16.350 | 2/ 4 |
24 | Şotlandiya | 2.750 | 4.300 | 3.250 | 4.000 | 2.000 | 16.300 | 1/ 4 |
25 | Norveç | 2.300 | 4.900 | 2.600 | 2.200 | 3.750 | 15.750 | 3/ 4 |
26 | Bolqarıstan | 1.500 | 0.750 | 5.625 | 4.250 | 1.000 | 13.125 | 4 |
27 | Sloveniya | 2.250 | 3.250 | 2.625 | 4.000 | 1.000 | 13.125 | 4 |
28 | Serbiya | 2.125 | 3.000 | 2.500 | 2.750 | 2.500 | 12.875 | 2/ 4 |
29 | Azərbaycan | 1.375 | 3.000 | 2.500 | 3.625 | 2.375 | 12.875 | 2/ 4 |
30 | Slovakiya | 2.375 | 1.500 | 1.625 | 2.750 | 3.500 | 11.750 | 1/ 4 |
31 | Qazaxıstan | 1.625 | 1.375 | 3.125 | 3.375 | 2.000 | 11.500 | 2/ 4 |
32 | Lixtenşteyn | 2.000 | 0.000 | 1.000 | 2.500 | 5.000 | 10.500 | 1 |
33 | Macarıstan | 2.250 | 3.000 | 0.875 | 2.125 | 1.625 | 9.875 | 1/ 4 |
34 | Moldova | 0.500 | 2.250 | 3.375 | 1.750 | 1.125 | 9.000 | 1/ 4 |
35 | İslandiya | 1.375 | 1.250 | 2.500 | 2.500 | 1.125 | 8.750 | 4 |
36 | Gürcüstan | 2.875 | 1.500 | 1.875 | 1.250 | 0.625 | 8.125 | 4 |
37 | Finlandiya | 1.500 | 2.000 | 0.500 | 2.400 | 0.875 | 7.275 | 1/ 4 |
38 | Bosniya | 1.125 | 1.250 | 1.500 | 1.750 | 1.500 | 7.125 | 4 |
39 | Albaniya | 0.875 | 0.750 | 2.000 | 0.875 | 1.625 | 6.125 | 1/ 4 |
40 | Makedoniya | 1.625 | 1.250 | 0.500 | 1.125 | 1.375 | 5.875 | 1/ 4 |
41 | İrlandiya | 1.500 | 1.000 | 0.250 | 2.000 | 0.700 | 5.450 | 5 |
42 | Latviya | 0.625 | 1.250 | 1.625 | 0.250 | 1.625 | 5.375 | 4 |
43 | Lüksemburq | 1.125 | 1.375 | 1.500 | 0.500 | 0.750 | 5.250 | 4 |
44 | Çernoqoriya | 0.500 | 1.375 | 1.250 | 0.750 | 1.000 | 4.875 | 4 |
45 | Litva | 1.000 | 1.125 | 1.250 | 0.500 | 0.750 | 4.625 | 4 |
46 | Şim. İrlandiya | 0.500 | 1.000 | 0.875 | 1.375 | 0.750 | 4.500 | 4 |
47 | Estoniya | 0.375 | 0.375 | 1.000 | 1.500 | 1.000 | 4.250 | 4 |
48 | Ermənistan | 0.125 | 0.875 | 1.125 | 0.375 | 1.625 | 4.125 | 4 |
49 | Farer adaları | 0.500 | 0.500 | 0.875 | 1.375 | 0.375 | 3.625 | 4 |
50 | Malta | 0.833 | 0.875 | 0.875 | 0.125 | 0.875 | 3.583 | 4 |
51 | Uels | 0.625 | 0.500 | 0.750 | 0.125 | 1.500 | 3.500 | 4 |
52 | Cəbəllütariq | 0.000 | 0.000 | 0.000 | 0.250 | 0.750 | 1.000 | 2 |
53 | Andorra | 0.000 | 0.000 | 0.333 | 0.500 | 0.166 | 0.999 | 3 |
54 | San Marino | 0.000 | 0.000 | 0.333 | 0.000 | 0.000 | 0.333 | 3 |