- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Azərbaycanın qadın otüstü hokkeyçilərinin növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqasının ikinci raundunda mübarizə aparacağı barədə məlumat vermişdik. Allsport.az xəbər verir ki, həmin yarış bu ilin fevral ayının 14-dən 22-dək Uruqvayın Montevideo şəhərində baş tutacaq.
Yığmamız bu ciddi sınaq qarşısında son hazırlığı Bakıda keçirir. Dünya reytinq cədvəlində yüksək yerlərdən birini tutduğuna görə milli komandamız birbaşa ikinci mərhələdə mübarizə aparacaq. “B” qrupuna daxil olan hokkeyçilərimiz Dünya Hokkey Liqası turnirinin ikinci raundunda ilk olaraq Trinidad-Tobaqo (14 fevral), fevralın 15-də Fransa və iki gün sonra qrupda sonuncu oyununu Keniya təmsilçilərinə qarşı keçirəcəklər.
“A” qrupunda isə İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının milli komandaları yarışacaq. İlkin mərhələ başa çatdıqdan sonra fevralın 19-da “A”qrupunun qalibi 1/4 finalda “B” qrupunda 4-cü yeri tutan komanda ilə görüşəcək. “B” qrupunda ikinci yeri tutan isə “A” qrupunun üçüncüsü ilə qarşılaşacaq. Həmin gün “A” qrupunun ikincisi “B” qrupunu üçüncüsü və nəhayət “B” qrupunun lideri “A” qrupunda 4-cü yeri tutan seçmə komandanı sınağa çəkəcək. Daha sonra 1/4 finalın qalibləri fevralın 21-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final oyunu isə fevralın 22-də baş tutacaq.
Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanır. Uraqvayda 3-cü yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunu isə mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.