- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünən Bakı Tennis Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə peşəkar kikboksçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, K-1 və loukik versiyaları üzrə keçirilən yarışda seçmə komandamız türkiyəli hənkarları ilə qarşılaşıblar.
Adı son çəkilən növdə 60 kq-da 2 görüşün qalibi millimizin üzvləri Eduard Məmmədov və Zöhrab Əzimov olublar. Digər idmançımız Orxan Məlikov (91 kq) da fəxri kürsünün ən yüksək pilləsində yer alıb. +91 kq-da qonşu ölkənin təmsilçisi Həmzə Kəndirçioğlu qalib adını qazanıb.
K-1 yarışlarında Elşad Ələsgərov (57 kq), Elnur Dəryagir (63,5 kq), Ali Çakır (67 kq, Türkiyə), Ramal Aslanov (70 kq), Çingiz Əlləzov (71 kq) və Anar Məmmədov (91 kq) qızıl medala sahib olublar.
Həmyerlimiz Ramal Aslanov (72 kq) türkiyəli həmkarı Mövlanə Açar Altundaşla döyüşü xüsusi diqqət çəkib. Gərgin mübarizədə təmsilçimiz dünya və Avropa çempiounu 2-ci raundda nokaut edib. Kikbokçumuz bununla 18-ci döyüşündə 17-ci qələbəsini qazanıb ki, bunlardan da 8-i erkən bitib.
Beləliklə, görüş 8:2 heabı ilə Azərbaycan kikboksçularının xeyrinə başa çatıb. Yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və Belarusu təmsil edən hakimlər briqadası dəvət olunub.