Azərbaycan UEFA reytinq cədvəlində yerini qorudu

Avropa Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “Qarabağ”la “Qəbələ” təmsil edir. Qəbələnin eyniadlı təmsilçisi ötən gecə rəqib meydanında Yunanıstan “Panatinaikos”u ilə qarşılaşdı və 2:2 hesablı bərabərliyə razılaşdı. Ağdam klubu isə İsveçrə “Yanq Boyz”una doğma meydanda 3:0 hesabı ilə qalib gəldi. Nəticədə, klublarımız həm Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.375 balla zənginləşdirdilər, həm də tarix yazaraq, ikisi birlikdə Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etdilər.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 13.625 reytinq xalı var ki, onun da 3.125 xalı cari mövsümdə qazanılıb (“Qəbələ” – 1.125, “Qarabağ” – 1.000, “İnter” – 0.750, “Neftçi” – 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

#Ölkə11/1212/1313/1414/1515/16r.xalıklub
1İspaniya20.85717.71423.00020.2143.35785.1427/ 7
2Almaniya15.25017.92814.71415.8573.00066.7497/ 7
3İngiltərə15.25016.42816.78513.5713.00065.0346/ 8
4İtaliya11.35714.41614.16619.0001.66660.6055/ 6
5Portuqaliya11.83311.7509.9169.0831.91644.4985/ 6
6Fransa10.50011.7508.50010.9162.75044.4166/ 6
7Rusiya9.7509.75010.4169.6663.30042.8825/ 5
8Ukrayna7.7509.5007.83310.0002.80037.8833/ 5
9Belçika10.1006.5006.4009.6002.00034.6003/ 5
10Hollandiya13.6004.2145.9166.0831.58331.3964/ 6
11Türkiyə5.10010.2006.7006.0001.80029.8003/ 5
12İsveçrə6.0008.3757.2006.9001.30029.7752/ 5
13Çexiya5.2508.5008.0003.8752.30027.9253/ 5
14Yunanıstan7.6004.4006.1006.2002.40026.7003/ 5
15Rumıniya4.3336.8006.8755.1252.25025.3834
16Xorvatiya3.7504.3754.3756.8754.00023.3751/ 4
17Avstriya7.1252.2507.8004.1251.70023.0002/ 5
18Kipr9.1254.0002.7503.3002.50021.6751/ 4
19Polşa6.6252.5003.1254.7503.75020.7502/ 4
20İsveç2.9005.1253.2003.9004.25019.3751/ 4
21İsrail6.0003.2505.7501.3752.25018.6251/ 4
22Belarus3.1254.5001.7505.5003.62518.5002/ 4
23Danimarka3.1003.3003.8002.9003.75016.8501/ 4
24Şotlandiya2.7504.3003.2504.0002.25016.5501/ 4
25Norveç2.3004.9002.6002.2004.25016.2502/ 4
26Azərbaycan1.3753.0002.5003.6253.12513.6252/ 4
27Qazaxıstan1.6251.3753.1253.3753.62513.1251/ 4
28Serbiya2.1253.0002.5002.7502.75013.1251/ 4
29Bolqarıstan1.5000.7505.6254.2501.00013.1254
30Sloveniya2.2503.2502.6254.0001.00013.1254
31Slovakiya2.3751.5001.6252.7503.75012.0004
32Lixtenşteyn2.0000.0001.0002.5005.00010.5001
33Macarıstan2.2503.0000.8752.1251.6259.8754
34Moldova0.5002.2503.3751.7501.2509.1254
35İslandiya1.3751.2502.5002.5001.1258.7504
36Gürcüstan2.8751.5001.8751.2500.6258.1254
37Finlandiya1.5002.0000.5002.4001.0007.4004
38Bosniya1.1251.2501.5001.7501.5007.1254
39Albaniya0.8750.7502.0000.8751.6256.1251/ 4
40Makedoniya1.6251.2500.5001.1251.5006.0004
41İrlandiya1.5001.0000.2502.0000.7005.4505
42Latviya0.6251.2501.6250.2501.6255.3754
43Lüksemburq1.1251.3751.5000.5000.7505.2504
44Monteneqro0.5001.3751.2500.7501.0004.8754
45Litva1.0001.1251.2500.5000.7504.6254
46Şim. İrlandiya0.5001.0000.8751.3750.7504.5004
47Estoniya0.3750.3751.0001.5001.0004.2504
48Ermənistan0.1250.8751.1250.3751.6254.1254
49Farer adaları0.5000.5000.8751.3750.3753.6254
50Malta0.8330.8750.8750.1250.8753.5834
51Uels0.6250.5000.7500.1251.5003.5004
52Cəbəllütariq0.0000.0000.0000.2500.7501.0002
53Andorra0.0000.0000.3330.5000.1660.9993
54San Marino0.0000.0000.3330.0000.0000.3333

Həmin kateqoriyadan