Azərbaycan və Qırğızıstan gənclər və idman sahəsində əməkdaşlıq

Bişkekdə Türk Şurası gənclər və idman nazirlərinin 4-cü iclası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, Qırğızıstanın gənclərlə iş, bədən tərbiyəsi və idman dövlət agentliyinin direktoru, informasiya və sosial inkişaf naziri, Türkiyənin gənclər və idman naziri, Özbəkistanın bədən tərbiyəsi və idman nazirlərinin qatıldığı tədbirdə bizi Azad Rəhimovun rəhbirlik etdiyi nümayəndə heyəti təmsil edir.

2020-ci ildə Qazaxıstanda gerçəkləşdiriləcək 2-ci idman oyunları türk universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü dünya köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə antidopinq komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin  müzakirə mərkəzində olub.

Səfər çərçivəsində Azərbaycan gənclər və idman naziri və Qırğızıstan hökuməti yanında gənclər, bədən tərbiyəsi və idman direktoru Kanat Amankulov arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında anlaşma imzalanıb. 

Həmin kateqoriyadan