Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda səfərdə olan Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti ilə bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda BŞGİBİ-nin rəisi Raqif Abbasov qonaqları salamlayaraq, dovlətimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın olduğunu bildirib. İkik ölkə idmançılarının mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandıqlarını vurğulayan Azərbaycan rəsmisi, ilin iyununda keçirilən birinci Avropa Oyunlarında hər iki ölkə atletlərinin uğurla çıxış etdiklərini diqqətə çatdırıb.

Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin kadrlar və təltifetmə idarəsinin rəisi Stella Bajenova və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis Mariya Nikolayeva Azərbaycana ikinci dəfə səfər etdiklərini vurğulayaraq ölkəmizdə “Moskva günləri”nin keçirilməsindən məmnunluqlarını bildiriblər.

Son illərdə Azərbaycanda idmanın sürətli inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda qələbələrindən danışan nümayəndə heyətinin üzvləri Rusiyanın da mötəbər yarışlara ev sahibliyi etməyə hazırlaşdığını vurğulayıblar. Gələn ilin mayında Moskvada xokkey üzrə dünya çempionatının keçiriləcəyini qeyd edən qonaqlar Azərbaycanın Rusiyada təşkil edilən mötəbər yarışlarda güclü komandalarla təmsil olunduqlarını diqqətə çatdırıblar.

Görüşdə, həmçinin azərbaycanlı və rusiyalı Olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli, habelə David Musulbes, Vadim Boqiev və digər şəxslər iştirak ediblər. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan