Azərbaycan və Tatarıstanın idman akademiyaları arasında sözləşmə

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Tatarıstan paytaxtı Qazanda səfərdədir.

Allsport.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası ilə Povoljya dövlət bədən tərbiyəsi, idman və turizm universiteti arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib.

Eyni zamanda Fuad Hacıyev Tatarıstan respublikası baş nazirinin müavini Leyla Fazleyeva ilə görüşüb. Povoljya dövlət bədən tərbiyəsi, idman və turizm universitetinin rektoru Rafis Burqanovun müşayiəti ilə respublika nazirlər kabinetində baş tutan görüşdə kadrların birgə hazırlanması məsələləri müzakirə edilib.

Görüş zamanı tərəflər həmçinin təhsil, tərbiyə məsələlərini, bədən tərbiyəsi və idman sahəsində birgə elmi tədqiqatların mümkün variantlarını müzakirə ediblər.

Həmin kateqoriyadan