- Baxış sayı: 37
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Aprelin 15-də “Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. Allsport.az xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq. Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək.
Yarışların günorta proqramı hər gün saat 13:00-da, axşam proqramı isə 19:00-da start götürəcək. Yalnız aprelin 15-də turnir saat 19:00-da başlayacaq.
Azərbaycan milli komandası “Böyük İpək Yolu” turnirində güclü heyətlə çıxış edəcək.
49 kq: Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev
69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç
75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov
81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev
91 kq: Teymur Məmmədov
+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev
Qızlardan ibarət milli komanda
Anaxanm Ağayeva, Əzizə Abbasova (hər ikisi 51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq), Yelena Vıstropova (64 kq), Leyla Cavadova (75 kq)