- Baxış sayı: 138
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Azərbaycan bilyard federasiyasının (ABF) təşkilatçılığı və gənclər və idman nazirliyinin dəstəyi ilə ölkəmizdə yarış 6-8 sentyabrda paytaxtda “Məkan” bilyard akademiyasında keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, bu sınağın əsas məqsədi snuker idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır. Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.
İlk dəfə keçiriləcək bu çempionat təkcə idmançılar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı və unudulmaz anlar yaşadacaq. Snuker oyununun dəqiqlik, səbr və yüksək diqqət tələb edən xüsusiyyətləri turnirə xüsusi gərginlik və həyəcan qatacaq.