- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Aprelin 17-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil, eləcə də Gənclər və İdman nazirlikləri, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti arasında “Bakı-2015” ilk Avropa Oyunlarının sosial idman irsi olaraq sağlam və fəal həyat tərzinin təbliğinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Allsport.az xəbər verir ki, memorandumu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel müqaviləni imzalayıblar.
Memoranduma əsasən şirkətin maliyyə, MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Azərbaycanda əhalinin, xüsusən də ailələrin müntəzəm olaraq idmana cəlb edilməsi üçün müxtəlif miqyaslı və çoxşaxəli fəaliyyət həyata keçiriləcək.
Müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ailəvi idman yarışları barədə məlumat verib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, FASA proqramının önəmindən bəhs edib. Diqqətə çatdırılıb ki, belə tədbirlər cəmiyyətdə sağlam həyat tərzini inkişaf etdirir. O, Təhsil Nazirliyinə, “Coca-Cola” şirkətinə bu proqramda fəal iştirakına, uşaqlar, gənclər və onların valideynləri arasında sağlam həyat tərzinin təşviqinə görə təşəkkürünü bildirib.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışların əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməkdir. FASA proqramının bir hissəsi olan açıq ailə yarışlarında iştirak sərbəstdir.
Tədbirdə ailəvi idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.