- Baxış sayı: 20
- 26 Mart 2026 12:23
- Baxış sayı: 223
- Mart 25, 2026
- 0

Dekabrın 20-21-də Misirin Qahirə şəhərində beynəlxalq həndbol federasiyasının (İHF) növbəti 40-cı konqresi keçiriləcək.
Allsport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan həndbol federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.
Konqresin gündəliyində duran əsas məsələlərdən biri İHF-də müvafiq yerlərə seçkilərin təşkil olunmasıdır. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.