Azərbaycanın ən güclüləri

Gənclər və idman nazirliyi ilə Azərbaycan bilyard federasiyasının dəstəyilə bilyard idman növünün “Pool-9” intizamı üzrə ölkə çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, 3 gün davam edən yarışın nəticəsinə əsasən, ən güclülər bəlli olub.

Kişilər arasında Orxan Qubatov çempion tituluna yiyələnib. Ruslan Əmiraslanov ikinci, Dmitri Neçayla Məmmədov Yəhya üçüncü yeri tutublar.

Qadınların mübarizəsində ən güclü Zəhra Abbasova olub. Gümüş medalı Mina Nəsirova, bürünc mükafatları isə Sudabəxanım İsmayılova və Anastasiya Kononova qazanıblar.

Həmin kateqoriyadan