- Baxış sayı: 53
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0
UEFA Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, yeni açıqlanan siyahıda Azərbaycan da 7 klubla təmsil olunur.
Ən yaxşı göstəriciyə malik təmsilçimiz təbii ki, “Qarabağ”dır. Ölkəmizi bu mövsüm avrkouboklarda layiqincə təmsil etmiş Ağdam klubu hazırda 11.500 xalla 148-ci pillədə qərarlaşıb.
İkinci yerdə “Neftçi” gedir. “Ağ-qaralar” 9.000 balla 181-cidir. 5.000 xala malik “İnter” isə 268-ci pillədə gedir.
Qalan klublarımıza gəlincə, “Xəzər Lənkəran” 4.250 xalla 293-cü, “Bakı” 3.250 xalla 331-ci, “Qəbələ” və AzAL isə 2.750 xalla 357-cidir.